Prezident "KİV haqqında" qanuna dəyişikliyi təsdiqlədi

Prezident "KİV haqqında" qanuna dəyişikliyi təsdiqlədi


Azərbaycan prezidenti İlham Əliyev “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanununun təsdiqlənməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Milli Məclisin oktyabrın 20-də keçirilmiş plenar iclasında “Kütləvi informasiya vasitələri haqqında” qanununun dəyişiklik edilməsi barədə qanun qəbul edilib.

Qanunun 44-cü maddəsinə əlavə edilən üçüncü hissədə bildirilir ki, “Kütləvi informasiya vasitəsində cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan məlumatın təkzib olunması və ya düzəliş verilməsi tələbi ilə müraciət etmək hüququna malikdir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1026 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...