Azərbaycanda “exit-poll” keçirməkdən məmnunuq - ABŞ-ın “AJF&Associates İnc.” təşkilatı

Azərbaycanda “exit-poll” keçirməkdən məmnunuq -


Bu gün Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov, ABŞ-ın “AJF&Associates İnc.” təşkilatının direktoru Barbara Fiala, bu təşkilatın əməliyyatlar üzrə direktoru Co Annae Barnhart mətbuat konfransı keçiriblər.

APA-nın məlumatına görə, S. Məmmədov bildirib ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası Milli Məclisə noyabrın 1-ə təyin edilmiş seçkilərdə “AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə “exit-poll” keçirəcək.

Co Annae Barnhart isə deyib ki, Milli Məclisə seçkilərdə geniş və kompleks “exit-poll” keçirilməsi planlaşdırılıb. Təşkilatın 2013-cü ildə keçirilən prezident seçkilərində də “exit-poll” keçirilməsində iştirak etdiyini xatırladan “AJF&Associates İnc.” təşkilatının əməliyyatlar üzrə direktoru qeyd edib ki, bir müddət əvvəl Milli Məclisə seçkilərlə bağlı Azərbaycanda sorğu keçirilib və bu sorğu beynəlxalq aləmdə diqqət çəkib. Co Annae Barnhart Azərbaycanda “exit-poll” keçirməkdən məmnun olduqlarını söyləyib. S. Məmmədov “exit-poll”un 118 seçki dairəsi üzrə 1053 məntəqədə keçiriləcəyini, nəticələrin seçki bitəndən 2 saat sonra – saat 21:00-da açıqlanacağını nəzərə çatdırıb.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının oktyabrın 20-də keçirilən iclasında Milli Məclisinə seçkilərdə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının “AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə “exit-poll” keçirmək üçün qeydə alınması barədə müraciətinə baxılıb və müsbət qərar qəbul edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1211 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...