“8-ci km bazarı”nın satıcıları etiraz aksiyası keçirdi

“8-ci km bazarı”nın satıcıları etiraz aksiyası keçirdi


Bu gün səhər saatlarında Bakının məşhur bazarlarından olan "8-ci km bazarı”nda insident yaşanıb. BAKU.WS-in məlumatına görə, "8-ci km bazarı”nda işləyən satıcılarla müdiriyyət arasında problem yaranıb. Bazarın satıcıları onlara qoyulan yerpulunun qaldırılmasından narazılıqlarını bildiriblər.

Narazılıq nəticəsində bir qrup satıcı etirazlarını bildirmək üçün Nizami Rayon İcra Hakimiyyətinin qarşısına toplaşıb. Aksiya iştirakçıları problemlərilə əlaqədar İcra hakimiyyətinin işçiləri ilə görüşüblər. İcra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Cavid Qafarovun sayta verdiyi məlumata görə, icra nümayəndələri aksiya iştirakçıları ilə birgə məsələni araşdırır. "Hazırda bazarın böyük sahibkarları ilə kiçik sahibkarları arasında yaranan narazılığı aradan qaldırmağa çalışırıq”, - deyə Cavid Qafarov bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1245 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...