Bakıda həkim klinikanın direktoruna 30 min "atıb"

Bakıda həkim klinikanın direktoruna 30 min "atıb"


Nərimanov rayonu ərazisində yerləşən "Atlas" tibb müəssisəsinin direktoru keçmiş işçisindən şikayətçidir. Direktor keçmiş işçisinin ona 30 min manat atdığını iddia edərək, polisə müraciət edib. Musavat.com-un əldə etdiyi məlumata görə, klinikanın direktoru, 1948-ci il təvəllüdlü H.Əliyev polisə müraciət edərək, bildirib ki, keçmiş işçisi olan İradə Vəliyeva klinikanın 30 min manatını mənimsəyib.

Sumqayıt sakini olan İradə Vəliyeva 2013-cü ilin mart ayına kimi klinikada rengenoloq işləyib. Direktorun şikayəti ilə bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1153 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...