Sumqayıt Texnologiyalar Parkı 827 min manatlıq əmək haqlarını gecikdirib

Sumqayıt Texnologiyalar Parkı 827 min manatlıq əmək haqlarını gecikdirib


Cari ilin 9 ayı ərzində vətəndaşlara ödənilməli olan gecikdirilmiş ödənişlərin həcmi 1,5 mln. olub ki, bunun da 86%-ı (1,290 mln. manat) əmək haqlarının gecikdirilməsidir.

"APA-Economics"in xəbərinə görə, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə bildirib.

F. Əlizadə bildirib ki, gecikdirilmiş əmək haqlarının 827 min manatı təkcə bir müəssisənin üzərinə düşür: "Bu da Sumqayıt Texnologiyalar Parkıdır. Bir neçə vaxtdır ki, Sumqayıt Texnologiyalar Parkından vətəndaşlar tərəfindən ərizə və şikayətlər daxil olur ki, biz əmək haqlarımızı ala bilmirik. Amma dünən bizə STP tərəfindən verilən rəsmi məlumata görə, iyul ayı daxil olmaqla, avqust ayının 1-dək bütün əmək haqqı ödənilib".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1125 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...