YAP-ın namizəd vermədiyi dairənin deputatı danışdı

YAP-ın namizəd vermədiyi dairənin deputatı danışdı


122 saylı Xankəndi seçki dairəsindən millət vəkili olan Flora Qasımova yenidən namizədliyini irəli sürə bilər.

Axar.az-a danışan xanım millət vəkili seçiminin hələ dəqiqləşmədiyini deyib: “Hansı dairədən namizədliyimi irəli sürəcəyim hələ dəqiqləşməyib. Yeni Azərbaycan Partiyasının namizəd siyahısını açıqlamasını gözləyirdim. Əgər millət vəkilliyinə namizədliyimi versəm, yenə 122 saylı Xankəndi Seçki Dairəsindən verəcəyəm. Düzdür, hakim partiya mənim dairəmdən heç bir namizəd irəli sürməyib. Könül istərdi ki, əslən xankəndili, prespektivli, sözünü deyən bir gənc namizədliyini irəli sürərdi, biz də gedib ona səs verərdik. Lakin varmı? Təəssüf ki, yoxdur. Yəqin ki, namizədliyimi verəcəm. Hələ ki düşünürəm”.

Xatırladaq ki, Flora Qasımova Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, Qarabağ müharibəsi şəhidi Şirin Mirzəyevin həyat yoldaşıdır. Onun millət vəkili seçildiyi 122 saylı Xankəndi Seçki Dairəsindən hakim Yeni Azərbaycan Partiyası namizəd irəli sürməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1141 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...