Milli Depozit Mərkəzi ləğv edilir

 Milli Depozit Mərkəzi ləğv edilir


«Milli Depozit Mərkəzi» QSC ləğv edilir və «Qiymətli kağızlar bazarı haqqında» qanuna əsasən, qeyri-kommersiya təşkilatı kimi fəaliyyət göstərəcək. Təklifi Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edib, deyə MDM-in İdarə Heyəti məlumat verir.

Bu il iyulun 15-də qüvvəyə minən qanuna əsasən, klirinq və depozitar fəaliyyəti üçün lisenziya verilməsi dayandırılır. Depozitar funksiyası həyata keçirən bütün strukturlar saxladığı pul və qiymətli kağızları MDM-ə verir. Sentyabrın 15-dən qiymətli kağız sahiblərinin reyestrləri MDM-ə veriləcək. Mərkəzi Depozitarın üzvləri investisiya şirkətləri və investisiya fondlarının depozitarları olacaq. Qiymətli kağızlar bazarının peşəkar iştirakçıları öz təşkilati strukturlarını yeni tələblərə uyğunlaşdırmalıdır. Qiymətli kağızlar üzrə notarial əqdlərin qeydiyyatı avtomatlaşdırılacaq və informasiyalar elektron rejimdə MDM-ə veriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1240 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...