Azərbaycanda daha bir bankın rəhbərliyində də dəyişiklik edildi

Azərbaycanda daha bir bankın rəhbərliyində də dəyişiklik edildi


"Rabitəbank" ASC-nin rəhbərliyində kadr dəyişikliyi baş verib.

"APA-Economics"in məlumatına görə, İdarə Heyətinin sədr müavini Turan İsmayılov öz xahişi ilə işdən çıxıb. T. İsmaylov "APA-Economics"ə xəbəri təsdiqləyib. Hələlik onun yerinə təyinat olmayıb. Qeyd edək ki, T. İsmayılov 2007-cı ildən “Rabitəbank”da çalışıb. "Rabitəbank"dan əvvəl “Parabank”da İdarə Heyətinin sədr müavini vəzifəsində və Almaniya-Azərbaycan Fondunda (GAF) məsləhətçi vəzifəsində çalışıb.

Qeyd edək ki, o, "Xəzər" Universitetinin Maliyyə fakültəsini bitirib və ABŞ-ın Texas Texniki Universitetinin “Lawrence College”ndə təhsil alıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1303 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...