Bahar Muradova: "Mübarizəni siyasi və etik çərçivədə aparmaq daha doğru olardı"

Bahar Muradova: "Mübarizəni siyasi və etik çərçivədə aparmaq daha doğru olardı"


“Qarşıdan gələn parlament seçkiləri öncəsi mühit çox normaldır. Qanun çərçivəsində fəaliyyət qurmaq üçün heç bir maneə yoxdur”. Bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

B.Muradova qeyd edib ki, rahat şəkildə seçkiyə hazırlaşmaq, təbliğat kampaniyasını təşkil eymək, öz mesajlarını ötürmək üçün çox gözəl şərait var: “Bu şəraitdən maksimum istifadə etmək lazımdır”.

Müxalifət düşərgəsində, xüsusən də Musavat Partiyasında və AXCP-də baş verən parçalanmalara münasibət bildirən B.Muradova bildirib ki, həmişə siyasi kampaniyalar ərəfəsində müxalifət düşərgəsində münasibətlər gərginləşir: “Bu da onların xarakterindən, məsələyə baxışından, illər uzunu formalaşmış yanaşmalarından doğan bir görüntüdür. Biz bunu dəfələrlə şərh etmişik. Hazırki şəraitdə onların daxili mübarizələrini şərh etmək və kimin haqlı, kimin haqsız olduğunu söyləmək fikrindən çox uzağam. Amma hesab edirəm ki, daxili mübarizəni siyasi və etik çərçivədə aparmaq daha doğru olardı. Çünki bu, seçicilərə çox pis mesajlar verir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1615 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...