Azərbaycana ən çox sərmayə yatıran 5 ölkə - rəsmi statistika

Azərbaycana ən çox sərmayə yatıran 5 ölkə -


2015-ci ilin yanvar-iyul aylarında xarici mənbələrdən əsas kapitala 3 milyard 874,5 milyon manat vəsait yönəldilib.

Oxu.az-a Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3 milyard 337 milyon manatı (86,1%-i) Böyük Britaniya, Türkiyə, Norveç, Rusiya, İran, ABŞ, Yaponiya və İsveç sərmayədarlarına məxsus olub. Qeyd edək ki, 2015-ci ilin 7 ayında Böyük Britaniya Azərbaycana 1 milyard 231 milyon 516 min manat, Türkiyə təxminən 549 milyon manat, Norveç 408 milyon manat sərmayə yatırıb. Onu da xatırladaq ki, analoji dövrdə Rusiya və İran Azərbaycana təxminən eyni həcmdə - 262 milyon manat sərmayə qoyub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1158 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...