Deputat: “Bir neçə bankın birləşməsi və bağlanması gözlənilir”

Deputat: “Bir neçə bankın birləşməsi və bağlanması gözlənilir”
“Elmira Axundovanın sözlərinə görə, hazırda xaricdən ölkəyə orijinal dərmanların ucuz əvəzediciləri gətirilir”

“Son məlumatlara əsasən, daha bir neçə bankın birləşdirilməsi və bağlanması gözlənilir”.

Bu barədə hökumətin ötən ilki hesabatının parlamentdə müzakirəsi zamanı deputat Elmira Axundova bildirib: "Kredit faizləri aşağı salınmalı, əhaliyə köməklik göstərilməlidir. Bu sahədə ciddi və düşünülmüş siyasətin aparılması vacibdir".

"Ötən il bank sistemində xoşagəlməz proseslər getdi, artıq banklara inam azalıb. Banklar bağlandı və həmin banklardakı işçilər işsiz qaldı, kreditləri olan əhali əziyyət çəkdi. İnsanlar banklarla üz-üzə qaldı. Əhali banklardan vəsaitlərini kütləvi şəkildə geri götürdü", - deyə millət vəkili vurğulayıb.

E.Axundova bildirib ki, dərman qiymətləri aşağı düşəndən sonra bəzi dərmanların orijinalı satışdan yoxa çıxıb: "Hindistan, Türkiyə, Çindən onların əvəzedicisi olan ucuz dərmanlar gətirilir. Bu məsələ ciddi araşdırılmalıdır". (report.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
840 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...