"Siqaret və içki yığışdırılsın" - Hadi Rəcəblidən yeni unikal təklif

"Siqaret və içki yığışdırılsın" -

"Seriallarda və filmlərdə siqaret, spirtli içkilərin reklam edilməsi yolverilməzdir. Təəssüf ki, bizdə bunlara riayət olunmur".

Bunu azvision.az-a Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Deputat filmlərdə siqaret və spirtli içkilərin reklamının yığışdırılmasını təklif edib: "Bir neçə il əvvəl bununla bağlı komitədə qanun layihəsi hazırlanmışdı. Həmin layihə hazırda gündəmdədir. Ola bilsin ki, nə vaxtsa müzakirəyə çıxarılsın. Mən özüm də siqaret və içkinin əleyhinəyəm. Bu işdə mətbuatın üzərinə böyük iş düşür. Mətbuat təbliğat aparmalıdır ki, bu cür seriallar çəkilməsin. Həmin seriallara hansı yaş qrupunda uşaqların baxması ilə bağlı rəqəm verilməlidir".

H.Rəcəbli hesab edir ki, spirtli içki və siqaret seriallarda reklam xarakteri daşımamalı, müsbət hal kimi təbliğ olunmamalıdır.

"Lakin seriallarımız bunu təbliğ edirlər. Bunun qarşısı alınmalı, seriallarda siqaret və içkinin təbliği yığışdırılmalıdır. Mətbuat, jurnalsitlər bu cür hallarla bağlı vaxtaşırı yazmalı, tənqid etməlidir. Bunun nəticəsində cəmiyyət qınayar, ictimai rəy formalaşar və sonra "Reklam haqqında" qanuna və digər qanunlara dəyişiklik etmək olar",- deyə deputat vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
853 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...