Qazaxın kəndləri hər gün gözəlləşir - abadlıq işləri görülüb və yüksələn templə davam edir
Qazax rayonunda aparılan tikinti-quruculuq və abadlıq işləri kəndlərimizə də öz təsirini göstərir. Kəndlərimiz abadlaşır və inkişaf edir. Birinci Şıxlı da rayonun belə kəndlərindən biridir.
Kənd təsərrüfatının inkişaf etdirilməsi və işsizliyin azaldılması məqsədi ilə kəndin ərazisində “Birinci Şıxlı Fermer Təsərrüfatı” yaradılmış, əhali ilə müqavilə bağlanaraq 304 ha, ”Bəhrə” MMC tərəfindən 55 ha torpaq sahəsi icarəyə götürülmüşdür. Həmin torpaq sahələrində şumlama işləri artıq yekunlaşmışdır.
Kənd icra nümayəndəliyinin və kənd bələdiyyəsinin inzibati binalarında təmir işləri aparılmış, kəndin ərazisində olan qəbiristanlıqlar alaq otlarından təmizlənmiş və səliqə-səhman yaradılmışdır. Kənd yollarının dağılmış 1 km hissəsində hamarlama işləri aparılaraq qum - çınqıl döşənmişdir. Həftənin şənbə günləri kəndin ərazisində iməcilik keçirilmiş, yol kənarları zibil və alaq otlarından təmizlənmişdir. 25-26 saylı seçki məntəqələrində səsvermə və iş otağı təmir olunmuşdur.
Kənd ərazisində qeyri-qanuni fəaliyyət göstərən “İsmayıl Əfəndi” cami-mədrəsəsinin fəaliyyəti dayandırılmış, həmin bina bələdiyyənin balansına verilmiş, binanın ətrafına 120 kv.m daş hasar çəkilməklə adı dəyişdirilərək “Birinci Şıxlı kənd Məscidi” adlandırılmışdır. Məscid yaxın günlərdə kənd əhalisinin istifadəsinə veriləcəkdir.
Kənddə 6 ədəd subartezian quyusundan 2 ədədi təmir edilmiş, 1 ədəd subartezian quyusu isə balansa götürülmüşdür.
Şıxlı arxından ayrılan su ötürücü kanallarda 1800 p/m lildən və kol-kosdan təmizlənmişdir. Örtülü şəbəkədə 3 ədəd d=250 mm-lik, 1 ədəd 300 mm-lik,10 ədəd 100 mm-lik siyirtmə dəyişdirilmişdir.
İkinci Şıxlı kəndində “Sınıq Körpü” Gömrük Sərhəd Buraxılış Məntəqəsi yaxınlığındakı hasarın uçmuş 14 kv.m sahəsi bərpa olunmuşdur. Yol kənarında olan hasarın 500 metr hissəsi yenidən hörülərək rənglənmişdir. Həmin ərazidəki hasarda aqlay daşın dağılmış 37 kv.m hissəsi yenidən bərpa olunmuşdur. “Sınıq Körpü” Gömrük Sərhəd Buraxılış Məntəqəsinin kanalizasiya sistemi təmir olunmuş və köməkçi quyu qazılmışdır.
Kənd yollarının dağılmış 1,5 km hissəsi hamarlanaraq qum-çınqıl döşənmişdir. Ümumi sahəsi 11,80 ha olan kənd qəbiristanlığı 2 dəfə alaq otlarından təmizlənmiş və abadlaşdırılmışdır. İcra nümayəndəliyinin, bələdiyyənin inzibati binasında və seçki məntəqəsində cari təmir işləri aparılmışdır.
Şəhidlər xiyabanında abadlıq işləri aparılmışdır, hazırda işlər davam etdirilir. Şəhid ailəsi Musayev Rəsul Şamil oğlunun evinin 80 kv.m çöl hissəsi suvanaraq rənglənmiş, evin dam örtüyünün qabaq hissəsinə 40 kv.m DVP vurulmuşdur. Şəhid ailəsi Hacıyeva Müsənbər İsgəndər qızına 10 kisə sement və 80 ədəd mişar daşı verilmişdir.
1941-1945-ci illər Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə tikilmiş abidə kompleksi əsaslı təmir olunmuş, ətrafında abadlıq işləri aparılmışdır.
Həftənin şənbə günləri kəndin ərazisində iməcilik keçirilmiş, yol kənarları zibil və alaq otlarından təmizlənmişdir.
Kəndin ərazisindən kecən Şıxlı su kanalının çirklənmiş hissələri müxtəlif məişət tullantılarından təmizlənmiş, kanalın təmiz saxlanılması barədə vətəndaşlar xəbərdar olunmuşlar.
Başlanğıcını Gürcüstan Respublikasının “Kirənc Muğanlı” və “Xancığaz” kəndlərinin ərazisində Xram çayından götürən Şıxlı arxının dəhnəsində çayda su azaldığına görə bir neçə dəfə mexanizmlərin gücü ilə 2 km məsafəyə qədər kanal qazılaraq çayın səmti dəyişdirilmiş, arxın qidalanması təmin edilmişdir. Eyni zamanda aprel-may aylarında Xram çayının daşması nəticəsində sement-beton üzlüklü Şıxlı arxının Gürcüstan ərazisindəki 50 metrlik hissəsinin yuyulmasının qarşısı alınmışdır. İkinci Şıxlı kəndi ərazisində pay torpaqlarının suvarılmasının yaxşılaşdırılması üçün arxdan ayrılan qol qajlarında 2000 p/m lildən və kol-kosdan təmizlənmişdir.
Ürkməzli kəndində hər həftənin şənbə günləri iməcilik keçirilmiş, kənd ərazisi və qəbirsitanlıqlar alaq otlarından, məişət tullantılarından təmizlənərək səliqə-səhman yaradılmış, 14 saylı seçki məntəqəsi təmir olunmuşdur.
Kəndin “Yaqublu” məhləsinə 1,5 km məsafədən su xətti çəkilmiş, 2 ədəd 16-20 tonluq su çəni qoyulmuşdur. Şəhid anası Ayna Nəsirovanın evinin dam örtüyü təmir olunmuş, II qrup Qarabağ Müharibəsi əlili Nüsrət Musayevin oğlunun evində təmir işlərinə başlanılmışdır.
Ürkməzli mədəniyyət evi, Dəmirçilər poçt şöbəsinin binası, kitabxanası tam təmir olunmuşdur. Şəhid bulaqlarında təmir işləri aparılmışdır.
Kənddəki 8 ədəd subartezian quyusundan 4-ü təmir edilmişdir. Arxların 1000 p/m hissəsi lildən və kol–kosdan təmizlənmişdir. ”Yaqublu” sahəsində arxa 1 ədəd 0,6m-lik su ayrıcı qapı, Daş Salahlı arxına kəndin giriş hissəsidə 2 ədəd sahələrə verilən suları ölçmək üçün su ölçən post oyulmuşdur. Bundan əlavə, Ürkməzli və Daş Salahlı kənd sakinlərinə xidmət edən Daş Salahlı arxının 3 km hissəsi lildən və kol-kosdan təmizlənmişdir və bu iş hazırda davam edir.
Dəmirçilər kənd icra nümayəndəliyinin və Dəmirçilər –Ürkməzli bələdiyyəsinin inzibatı binaları təmir olunmuşdur. Kənd ərazisində olan qəbirstanlıqlar alaq otlarından təmizlənmiş, səliqə-səhman yaradılmışdır. Həftənin şənbə günləri kəndin ərazisində iməcilik keçirilmişdir, yol kənarları zibil və alaq otlarından təmizlənmişdir.
Qarabağ Müharibəsində həlak olanların xatirəsinə tikilmiş Şəhidlər Güşəsi təmir edilərək ətrafında səliqə-səhman yaradılmışdır. Uzunluğu 1,6 km olan məsafədən kəndə içməli su gətirmək üçün su xətti çəkilmişdir, xətt yaxın günlərdə mənbəyə birləşdiriləcəkdir. Coğaz çayından qoyulmuş su nasosusunun texniki şərti alınmışdır.
II qrup Qarabağ Müharibəsi əlili Habil Xəlilovun evi Qazax rayon İcra Hakimiyyəti tərəfindən təmir olunmuşdur. Şəhid anası Bahar Qurbanovanın evinə bitişik 20 kv.m yeni otağın hörgü işləri başa çatmışdır və əlavə işlər gedir. Şəhid bulaqları və kənddəki 4 ədəd arteziandan 2-si təmir olunmuşdur.
Dəmirçilər arxında 1800 p/m, Sol Sahil kanalının altında “Baba dərviş” sahəsində 1200 p/m olmaqla ümumilikdə, 3000 p/m arx lildən və kol-kosdan təmizlənmişdir. Dəmirçilər arxının baş hissəsi may-iyun aylarında bir neçə dəfə sel suları ilə yuyulduğundan 100 p/m dəhnə yenidən bərpa edilmişdir. Dəmirçilər kəndinin Coğaz çayının sağ sahilində yerləşən 20 ailənin olduğu ərazini suvarma suyu ilə təmin edən arx və arxın dəhnəsi sel suları dövründə tamamilə dağıldığından həmin hissədə Dəmirçilər körpüsündən aşağı 80 p/m dəhnə bərpa edilmiş, 300 p/m uzunluğunda arx yenidən çəkilərək əhalinin istifadəsinə verilmişdir. Dəmirçilər arxına kəndin girişində 1 ədəd su ölcən post quraşdırılmışdır.
Kəndlərimiz daha da inkişaf edir, orada görülmüş işlərin həcmi getdikcə artır.
995 dəfə oxundu