`Yenə zəlzələ ola bilər`- Qurban Yetirmişli

`Yenə zəlzələ ola bilər`-


“Azərbaycanda 4 bal gücündə zəlzələ ola bilər”

Bunu AzVision.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, Azərbaycanın şimal-qərb bölgəsi seysmoloji baxımdan aktiv zona olduğundan zəlzələnin baş verməsi gözlənilən idi.

“Azərbaycanda baş verən hər iki zəlzələ dağıdıcı təsirə malik deyildi. Həmin ərazilər aktiv zonadır, ona görə də zəlzələlər olar bilər. Ancaq bundan sonra hansısa dağıdıcı zəlzələnin olması gözlənilmir. Maksiumum 4 bal gücündə zəlzələ baş verə bilər. Qorxuya, narahatçılığa əsas yoxdur”. Xəbər verdiyimiz kimi, sentyabrın 7-dən 8-nə keçən gecə saat 01:29-da Zaqataladan 19 kilometr şimal-qərbdə, Balakən ərazisində daha bir zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3-2 bala qədər hiss edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
882 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...