Güclü leysan Astarada fəsadlara səbəb olub

Güclü leysan Astarada fəsadlara səbəb olub


Gecə saatlarından başlayaraq Azərbaycanın cənub bölgəsində güclü leysan yağmağa başlayıb. APA-nın cənub bürosunun xəbərinə görə, leysan bölgədə daha çox Astara rayonunda fəsadlara səbəb olub. Rayonun dağlıq ərazidə yerləşən Vaqadi kəndi leysan yağışları nəticəsində əmələ gələn sel sularından daha çox ziyan çəkib.

Dağlardan gələn sel suları kənddə yerləşən, üç yaşayış məntəqəsini birləşdirən körpünü yuyaraq aparıb. Kəndarası yollar bərbad vəziyyətə düşüb. Kənddəki sitrus bağlarına, fərdi təsərrüfatlara xeyli ziyan dəyib. Kənddə bəzi yerlərdə mövcud olan sürüşmə sahələrində aktivlik artıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
838 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...