Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barelinin qiyməti 1,62 dollar ucuzlaşaraq 59,64 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barelinin qiyməti 1,69 dollar azalaraq 63,80 dollar olub.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən AZƏRTAC-a verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barelinin qiyməti London birjasında 1,04 dollar ucuzlaşaraq 64,86 dollar təşkil edib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1337 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...