Arif Məmmədovun statusu tam araşdırılacaq XİN

Arif Məmmədovun statusu tam araşdırılacaq

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında daimi müşahidəçi missiyasının rəhbəri vəzifəsində çalışan Arif Məmmədov tərəfindən sosial şəbəkələrdə yazılmış statusla bağlı KİV-də gedən məlumatları şərh edib.

"Biz məlumatla tanış olduq. Xarici İşlər Nazirliyinin daxili prosedurlarına uyğun olaraq, məsələ tam şəkildə araşdırılacaq. Məlumat öz təsdiqini taparsa, bu, diplomat adına və adi etik qaydalara yaraşan hal deyil, qəbuledilməzdir, məsuliyyətsiz və qeyri-peşəkar davranışdır", - deyə H. Hacıyev APA-ya bildirib.

Xatırladaq ki, A. Məmmədov “facebook” sosial şəbəkəsindəki səhifəsində yazdığı statusunda Binəqədi rayonunda binada yanğını nəzərdə tutaraq baş verən hadisəyə görə məmurların ünvanına kəskin ittihamlar qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1448 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...