Asiya İnkişaf Bankı Azərbaycan üzrə yeni ölkə direktoru təyin edib

Asiya İnkişaf Bankı Azərbaycan üzrə yeni ölkə direktoru təyin edib
Asiya İnkişaf Bankının (ADB) Azərbaycan üzrə yeni ölkə direktoru təyin edilib.

Gundeminfo.az xəbər verir ki, bu, Sunniya Durrani-Camalıdır.

O, bu gün ADB-nin Azərbaycandakı daimi nümayəndəliyində rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.

Xanım Durrani-Camal 25 ildən çox peşəkar təcrübəyə malikdir, onun 16 ilini əsasən rəhbər vəzifələrdə olmaqla ADB-də çalışıb. O, Bankın Kamboca üzrə ölkə direktoru, Şərqi Asiya, Cənub-Şərqi Asiya və Sakit okean regionu üzrə vitse-prezidentinin baş məsləhətçisi, həmçinin baş iqtisadçısı olub.

Xanım Durrani-Camal Böyük Britaniyanın Sussex Universitetindən iqtisadiyyat (İnsan kapitalının İnkişafı) üzrə magistr dərəcəsi və Pakistanın Quaid-i-Azam Universitetindən iqtisadiyyat elmləri (pul siyasəti) üzrə magistr dərəcəsinə malikdir. O, ADB-nin Azərbaycan nümayəndəliyində 2021-ci ildən bu vəzifəni icra edən ölkə direktoru Candice McDeigan-ı əvəz edib. (Report)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
276 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...