“Elektron siqaretlər xərçəngə səbəb olur — Həkimdən XƏBƏRDARLIQ
Elektron siqaret ideyası keçən əsrin 70-ci illərində ortaya çıxdı. Bu məsələ bir müddətdən sonra unuduldu. Daha sonra yenidən istehsal ideyası yarandı. Elektron siqaretlərin ideyasını düşünənlər bunu adi siqaret çəkməyə bir alternativ olaraq düşünüblər.
Bu sözləri Demokrat.az-a açıqlamasında Adil Qeybulla deyib.
O bildirib ki, sonraki təcrübələr göstərir ki, elektron siqaretdən istifadə, adi siqaretdən istifadə ilə heç nə ilə fərqlənmir:
“Elektron siqaretlərdə nikotinin miqdarı adi siqaretdə olduğu qədərdir. Elektron siqaretlərin tərkibində olan kanserogen maddələr aromatik maddələrin yanma məhsulları onlar özləri də kanserogendir və onların da xərçəng və şiş əmələgətirmə ehtimalı adi siqaretdən geri qalmır. Ona görə də elektron siqaretlərə qətiyyən alternativ ola bilməz. Digər bir tərəfdən isə bunların istehsalı ilə bağlı Ümum Dünya Səhiyyə təşkilatı məsələ qaldırıb, onların satışınl dayandırmalıdır. Maarifləndirmə işləri gücləndirməlidir. Elektron siqaretdən istifadə edən kişilər və xanımlar düşünsünlər ki, bunlar adi siqaretdən fərqlənmir. Bunlardan istifadə edərək yalnız öz sağlamlıqlarına ciddi şəkildə ziyan vururlar”
182 dəfə oxundu