Azərbaycanla sərhəd erməni kəndləri sürətlə boşalır
Ermənistanın Azərbaycanla sərhəddəki kəndləri sürətlə boşalır. Tribunainfo.az xəbər verir ki, Ermənistan Statistika Komitəsi dünən bununla bağlı açıqlama yayıb.
Həmin məlumatda deyilir ki, son 5 ildə sərhədyanı kəndlərdə yaşayan əhalinin sayı 40 min nəfər azalıb. Buna səbəb isə onların öz evlərini tərk edərək, iri şəhərlərə və başqa ölkələrə köçməsidir.
“Jamanak” qəzeti isə bildirir ki, hadisələrin indiki məcrada davam etməsi Azərbaycanla sərhəddəki kəndlərin tam boşalması ilə yekunlaşacaq. Nəşr vurğulayır ki, köçün əsas səbəblərindən biri sosial-iqtisadi problemlər və Qarabağ məsələsindən sonra bölgənin perespektivinin olmamasıdır. “Əsasən Ermənistanın Azərbaycanla həmsərhəd olan Qeqarkunik, Tavuş və Sünik rayonlarının sakinləri kütləvi şəkildə evlərini tərk edirlər”.
“Jamanak” vurğulayır ki, bu bölgənin əhalisi daha çox Qarabağdan qidalanırdılar və ora ilə ticarət sayəsində ayaqda qala bilirdilər. “İndi Qarabağı yoxdur. Ermənistan hakimiyyəti isə ölkəni tam təslim etmək istəyir. Əgər bu kəndlər tam boşalarsa, Azərbaycan asanlıqla o torpaqlara yiyələnə biləcək”.
388 dəfə oxundu