Baş Prokurorluq media subyektlərinə müraciət edib

 Baş Prokurorluq media subyektlərinə müraciət edib
Bəzi media saytlarında Firdovsi Vəliyev adlı şəxsin rəhbəri olduğu şirkətə məxsus nəqliyyat vasitəsinin ələ keçirilməsi ilə əlaqədar müraciətlərinə baxılmaması, vətəndaş qəbulunda iştirak edə bilməməsi barədə həqiqətə uyğun olmayan məlumatlar dərc edilib.

Bu barədə Gundeminfo.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, Vəliyev Firdovsi Bəhram oğlu müraciətlərində rəhbəri olduğu dərman preparatları firmasına məxsus nəqliyyat vasitəsinin idarə edilməsinə dair Goranboy şəhərində əczaçılıq fəaliyyəti ilə məşğul olan Rəhimov Xəyyam Nəriman oğlu ilə 2022-ci ilin sentyabr ayında aralarında yaranmış narazılıqdan sonra sonuncuya verdiyi etibarnamənin müddətinin bitməsinə baxmayaraq avtomobilin ələ keçirilməsini göstərib:

"Həmin müraciət üzrə Goranboy rayon prokurorluğunda aparılmış araşdırma zamanı vətəndaşın bildirdiyi xüsusatlar öz təsdiqini tapmamış və hər hansı şəxsin əməlində cinayət tərkibinin olması müəyyən edilməmişdir.
Eyni zamanda, qeyd edilən nəqliyyat vasitəsinin üzərinə saxta dövlət qeydiyyat nişanının bağlanılaraq idarə edilməsinə dair Gəncə şəhər baş polis idarəsində araşdırma aparılmaqla hər hansı qanunsuzluq faktı aşkar edilməmişdir.

Vətəndaş müraciətləri ilə əlaqədar prokurorluq orqanlarında qəbul edilməklə aidiyyəti üzrə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilib".

Azərbaycan Respublikasının Baş Prokurorluğu media subyektlərinə müraciət edərək bir daha bildirir ki, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatların yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
447 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...