İşdən çıxardılar, neft şirkətinin qarşısında özünü yandırdı

İşdən çıxardılar, neft şirkətinin qarşısında özünü yandırdı
Salyan sakini özünü yandırıb.

Gundeminfo.az APA-ya istinadən xəbər verir ki, Salyan rayonunun Kürsəngi kənd sakini, 1988-ci il təvəllüdlü Zaur Oktay oğlu Aydınov üzərinə benzin tökərək özünü yandırıb.

Ağır yanıq xəsarətləri ilə Şirvan xəstəxanasına yerləşdirilən xəstə daha sonra paytaxta yanıq mərkəzinə yola salınıb.

Hadisəyə səbəb onun işdən çıxarılması olub.

Qeyd edək ki, hadisə O.Aydınovun işlədiyi "Salyan Oyl" şirkətinin qarşısında baş verib.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
279 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...