Lənkəranda anti-böhran tədbirləri əhali arasında geniş təbliğ olunur - FOTOLAR
Sakinlərlə yerlərdə görüşlərini davam etdirən Lənkəran ŞİH başçısı Taleh Qaraşov növbəti görüşünü rayonun Şürük kəndində keçirmişdir. Görüşdə İcra hakimiyyəti başçısı aparatının, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların, xidmət sahələrinin rəhbər işçiləri və 300 nəfər kənd sakini iştirak etmişdir.
İcra başçısı görüşü açaraq cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkənin sosial-iqtisadi inkişafı sahəsində aparılan genişmiqyaslı quruculuq-abadlıq işlərindən danışaraq qazanılan nailiyyətlərin Heydər Əliyev siyasi kursunun bəhrəsi olduğunu qeyd etdi. Sonra natiq həyata keçirilən iqtisadi islahatlarından, milli maraqlara xidmət edən neft strategiyasından, regionların tərəqqisi üçün qeyri-neft sektorunun inkişafına göstərilən diqqətdən geniş bəhs edərək bütün bunların dövlətimizin daha da qüdrətlənməsi, ölkə vətəndaşlarının rifahının qaldırılması, həyat şəraitinin yaxşılaşması üçün edildiyini qeyd etmişdir. Natiq bu gün dünyanı narahat edən iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına təsirinin az olmasının, ölkə əhalisi üçün ciddi iqtisadi sıxıntı yarada bilməməsinin başlıça səbəbinin məhz cənab Prezident İlham Əliyevin düzgün iqtisadi siyasət həyata keçirdiyinin, ölkənin həm siyasi, həm də iqtisadi kursunu düzgün yolla apardığının parlaq nümayişi olduğunu bildirmişdir.
Çıxış edən kənd sakinləri cənab Prezidentin fəaliyyətini razılıq hissi ilə qarşıladıqlarını söyləyərək rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işlərə görə ölkə başçısına minnətdar olduqlarını bildiriblər. Onlar Cənab Prezidentin anti-böhran tədbirlərini humanist qərar adlandıraraq ölkəmizin parlaq gələcəyinə inandıqlarını, bu inamla cənab Prezidentin ətrafında sıx birləşdiklərini, bundan sonra da Vətənimizin tərəqqisinə xidmət edəcəklərini söyləyiblər.
Görüşün sonunda İcra başçısı vətəndaşların müraciət və təkliflərini dinləyərək onların həlli ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlarını vermişdir.
985 dəfə oxundu