Peşə məktəbləri və kollecləri bağlanacaq - AZƏRBAYCANDA

Peşə məktəbləri və kollecləri bağlanacaq -


Azərbaycan Təhsil Nazirliyi orta ixtisas və ilk peşə təhsili müəssisələrinin rasionallaşdırılması ilə bağlı təkliflər hazırlayır. Bunu Trend-ə Təhsil Nazirliyinin Maliyyə şöbəsinin müdiri Rauf Orucov deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, təhsil müəssisələrinin rasionallaşdırılması ilə bağlı məsələ “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda da qarşıya qoyulub: “Biz artıq orta ixtisas və ilk peşə təhsili müəssisələrinin rasionallaşdırılması istiqamətində bir sıra işlər görmüşük, bu sahədə işçi qrup yaradılıb. Hazırda rasionallaşdırma ilə bağlı müvafiq təkliflər hazırlanır”.

R.Orucov əlavə edib ki, yeni təkliflər ilk növbədə orta ixtisas və ilk peşə təhsili müəssisələrinin sayının azaldılmasını nəzərdə tutur. Bununla yanaşı, regionların inkişafının təmin edilməsi üçün həmin müəssisələrin profilləşdirilməsi də təklif ediləcək. Profilləşdirmə zamanı ilk növbədə regionların inkişafı, hansı ixtisaslara daha çox ehtiyacın olması əsas meyar kimi götürüləcək.

Qeyd edək ki, Azərbaycanda 113 ilk peşə təhsili müəssisəsi (25 mindən çox şagird təhsil alır), 61 orta ixtisas təhsili müəssisəsi (60 min nəfərdən çox tələbə təhsil alır) fəaliyyət göstərir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1235 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...