Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir

Qızılca ilə bağlı XƏBƏRDARLIQ -
"Ağır infeksion xəstəlik olan qızılcanın fəsadları da xeyli ağır olur".

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. O bildirib ki, bəzi şəxslərdə bu xəstəlik ağır fəsadlaşmış şəkildə keçir və hətta ölümlə nəticələnir.


İnfeksionistin sözlərinə görə, qızılcaya yoluxan şəxsin səhhətində paralel şəkildə digər bəzi xəstəliklər də ortaya çıxa bilər. Bu xəstəliyin fəsadlarından ən çox rast gəlinəni isə pnevmaniyalardır.

Təyyar Eyvazov bildirib ki, qızılcaya qarşı spesifik müalicə yoxdur. Bu səbəbdən də ən yaxşı üsul peyvənd vurulmasıdır.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
356 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...