Bakıda kəskin soyuq olacaq - XƏBƏRDARLIQ

Bakıda kəskin soyuq olacaq -


“Yaxın iki gün ərzində ölkə ərazisində hava şəraiti ilə bağlı mühüm dəyişiklik gözlənilmir. Şimal-qərb küləyinin güclənəcəyi ehtimal olunur”.

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, sabah gün ərzində paytaxtda mülayim cənub küləyinin üstünlüyü müşahidə olunacaq, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq: “Yanvarın 19-da şimal və qərb rayonlarında, yanvarın 20-də isə bəzi yerlərdə yağış yağacaq, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur. Yanvarın 20-i paytaxtda arabir güclənən şimal-qərb küləyi əsəcək”.

G. Məmmədova qeyd edib ki, yaxın günlərdə Bakı və Abşeron yarımadasında kəskin soyuqlar gözlənilmir: “Hava şəraiti ilə bağlı hər hansı dəyişiklik olsa, əlavə məlumat veriləcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1165 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...