“Neftçi” mərc oyunlarında iştirak edən məşqçini işdən çıxardı

“Neftçi” mərc oyunlarında iştirak edən məşqçini işdən çıxardı


“Neftçi” klubu Futbol Akademiyasının qapıçılar üzrə məşqçisi Hüseyn Məhəmmədovla müqaviləyə xitam verib.

Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, buna məşqçinin mərc oyunlarında iştirakı səbəb olub. Müqavilədə klubdaxili qaydalara əsasən mərc oyunlarında iştirak etməmək haqqında bənd yer alsa da, Məhəmmədov buna riayət etməyib.
Qeyd edək ki, H.Məhəmmədov ötən ilin iyun ayından “Neftçi”nin yeniyetmə qapıçılarını çalışdırırdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
908 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...