Öldürülən jurnalistin işi üzrə məhkəmə qalmaqalla başladı

Öldürülən jurnalistin işi üzrə məhkəmə qalmaqalla başladı


Öldürülən jurnalistin işi üzrə məhkəmə qalmaqalla başlayıb. Virtualaz.org-un hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, əvvəlki məhkəmədə olduğu kimi, media nümayəndələri bu dəfə də prosesdən kənarda qalıblar.

Xəbərə görə, İlqar adlı məhkəmə nəzarətçisi jurnalistləri açıq şəkildə zala buraxmayacağını bildirib. Təqsirləndirilən şəxslərin yaxınları ilə məhkəmə nəzarətçiləri arasında da qarşıdurma yaranıb. Onlar da zala buraxılmırlar.

Xatırladaq ki, Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyev orada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulublar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
914 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...