“10 milyon manat sərf olunmuş onlayn sistem necə çökə bilər, biabırçılıqdır” – Ekspertdən sərt AÇIQLMA

“10 milyon manat sərf olunmuş onlayn sistem necə çökə bilər, biabırçılıqdır” –
“İpoteka və Kredit Zəmanət Fondu bu gün “Elektron ipoteka və kredit zəmanət” sisteminin çökməsi ilə bağlı absurd bir açıqlama verib. Sadəcə biabırçılıqdır ! Dövlət qurumunda eyni bir səhv nə qədər təkrarlana bilə ?”
Azpost.info bildirir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu gün onlayn satış zamanı proqram sistemində yaranmış problemi şərh edərkən bildirib.
Ekspertin sözlərinə görə, qurum “əvvəlki dövrlə müqayisədə daha çox müraciətlərin olması” səbəbindən bu günə təyin edilmiş ipoteka kreditləri üzrə müraciətlərin qəbulu prosesini qısa müddətə təxirə saldığını açıqlayıb:
“Hətta bu tip səbəbin özünün belə elan olunması biabırçılıq və dövlət qurumuna şərəf gətirməyən bir haldır. Hazırlanması üçün cəmi iki ilə 10 milyon manat vəsait alan, saxlanması və dəstəklənməsi üçün, auditi üçün hər il yüz minlərlə vəsait ayrılan bir dövlət resursu necə çökə bilər axı ? Əvvəllər də eyni səbəblərdən çökən bir dövlət resursuna yetərincə vəsaitlər ayrılmasına baxmayaraq nə üçün normal bir vəziyyətə gətirilmir?”
O.Gündüz deyib ki, ötən ilin sonu eGov səlahiyyətlərinin ASAN-dan RİNN-ə verilməsi haqqında Prezident fərmanında dövlət informasiya sistemlərinin səmərəliliyi ilə bağlı məsələlərdə RİNN-ə xeyli səlahiyyətlər verilib:
“RİNN bu istiqamətlə hansı tədbirləri müəyyənləşdirib? Konkret bu epizodda problem eGov-da olub, yoxsa Fondun daxili sistemində? eSatınalmadan görünür ki, son illər böyük vəsaitlər xərclənərək hansısa bir qurum tərəfindən sistemin auditi aparılıb. Auditin nəticələri necə olub, verilən tövsiyyələr icra edilibmi?
Ciddi ehtiyac var ki, RİNN və XRİTDX bu sahədə, dövlət resurslarının effektivliyi, ayrılan vəsaitlərin səmərəliliyi, təhlükəsizliyi sahəsində normal bir qayda-qanun müəyyənləşdirsinlər”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
99 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...