Reyestrdə olmayan saytlar məhkəməyə veriləcək

Reyestrdə olmayan saytlar məhkəməyə veriləcək
“Media Reyestrinə daxil edilməyən media subyektlərinin fəaliyyətinin dayandırılması ilə bağlı məhkəməyə müraciət olunacaq”.

GUNDEMİNFO.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov 2022-ci il üzrə görülmüş işlərə dair hesabat konfransında deyib.

O bildirib ki, Media Reyestrindən keçmək üçün media subyektlərinin kifayət qədər müddəti var: “Əməkdaşlarımız media subyektlərinə bu məsələ ilə bağlı texniki köməkliyi göstərməyə hazırdırlar. Bizim hansısa media subyekti reyestrə daxil edilməyəndə onlara sanksiya tətbiq etmək hüququmuz yoxdur. Qanunda göstərilən 6 aylıq müddət bitəndən sonra biz onlar haqqında məsələni məhkəmə qarşısında qaldıracağıq. Onların fəaliyyətlərinin davam etdirilib-etdirilməməsi barədə qərarı isə məhkəmə verəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
628 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...