Xırdalanda Ailə Sağlamlıq Mərkəzinin işığı niyə kəsilib? - Rəsmi AÇIQLAMA

Xırdalanda Ailə Sağlamlıq Mərkəzinin işığı niyə kəsilib? -
Havanın qarlı-şaxtalı günlərində Xırdalan Şəhər Ailə Sağlamlıq Mərkəzində elektrik enerjisinin verilməsində davamlı fasilələr yaranıb.

Bizim.Media xəbər verir ki, TƏBİB-in tabeçiliyində olan bu müəssisə əhaliyə xidmət göstərmək üçün tam fəaliyyət göstərə bilmir.

TƏBİB-in sözçüsü Zamirə Ədilova məsələ ilə bağlı bildirib ki, Ailə Sağlamlıq Mərkəzinə elektrik enerjisinin verilməsində fasilənin yaranması həqiqətdir:

“Bu da əvvəlki illərdən həmin tibb müəssisəsinin “Azərişığ”a yığılıb qalmış borcu ilə əlaqədar olub. Bildiririk ki, Xırdalan Şəhər Mərkəzi Xəstəxanası dörd il əvvəl TƏBİB-in tabeçiliyinə verilib.

Borc isə daha əvvəlki illərdən yığılıb qalıb. TƏBİB-in “Azərişıq”la apardığı danışıqlardan sonra Mərkəzə elektrik enerjisinin verilişi bərpa olunub”.

“Azərişıq” ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu da Bizim.Media-ya Xırdalan Şəhər Ailə Sağlamlıq Mərkəzinə elektrik enerjisinin verilişinin bərpa olunduğunu təsdiqləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
483 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...