Süleyman Neymətov Naxçıvanın daxili işlər naziri oldu - Sərəncam

Süleyman Neymətov Naxçıvanın daxili işlər naziri oldu -

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov dekabrın 28-də Süleyman Neymətovun Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

GUNDEMİNFO.AZ xəbər verir ki, Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Süleyman Əsgər oğlu Neymətov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilsin".

Qeyd edək ki, polis polkovniki Süleyman Neymətov bundan əvvəl Bakının Suraxanı rayon Polis İdarəsinin rəisi vəzifəsində xidmət edirdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
581 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...