Türkiyəli polkovnik “Bayraktar”ın Bakıdakı şirkətinə direktor təyin olundu - FOTO

Türkiyəli polkovnik “Bayraktar”ın Bakıdakı şirkətinə direktor təyin olundu -
Azərbaycanda "Bayraktar Teknoloji Azərbaycan" MMC (VÖEN – 1506112521) adlı yeni şirkət dövlət qeydiyyatına alınıb.
Yeniavaz.com İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, yeni yaranan şirkətin nizamnamə kapitalı 1,7 milyon manat təşkil edir.
Hüquqi ünvanı “Nərimanov rayonu, Əhməd Rəcəbli, ev Adore Plaza, IV mərtəbə”də yerləşən MMC-nin qanuni təmsilçisi Hüseyn Topuzdur.
Məlumat üçün bildirək ki, Hüseyn Topuz "Bayraktar" pilotsuz uçuş aparatlarının (PUA) istehsalı ilə məşğul olan Türkiyənin “Baykar Makina” şirkətinin kordinatoru vəzifəsində çalışıb.
Onu da bildirək ki, Hüseyn Topuz keçmiş hərbçi olub və albay (polkovnik) rütbəsi daşıyır.
Türkiyəli polkovnik “Bayraktar”ın Bakıdakı şirkətinə direktor təyin olundu -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
632 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...