Almaniyada Türkiyə vətəndaşının nəşi YANDIRILDI

Almaniyada Türkiyə vətəndaşının nəşi
Almaniyanın Hannover şəhərində vəfat edən Əbdülkadir Sərginin nəşi səhvən yandırılıb.

KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, Əbdülkadir Sərgin dekabrın 13-də Hannoverdə xəstəxanaya aparılıb və ertəsi gün orada ölüb.

Məlumata görə, meyiti yumağa hazırlaşan mərhumun yaxınlarına başqa alman vətəndaşının cəsədi təhvil verilib. Ailə xəstəxana rəhbərliyinə müraciət edib. Xəstəxanadan bildirilib ki, Sərginin nəşi səhvən yandırılıb.

Qeyd olunub ki, hadisə ilə bağlı Sərginin yaxınları məhkəməyə müraciət edəcək.

Türkiyə Xarici İşlər Nazirliyi hadisədən xəbər tutandan dərhal sonra mərhumun övladları ilə əlaqə saxlayıb və məsələni nəzarətə götürüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
570 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...