"Sülhməramlılar öz funksiyalarını yerinə yetirmir" - Paşinyan

"Sülhməramlılar öz funksiyalarını yerinə yetirmir" -
"Sülhməramlılar öz funksiyalarını yerinə yetirmir" -
“Qarabağdakı Rusiya sülhməramlıları 2020-ci ilin bəyanatına görə öz funksiyalarını yerinə yetirmir”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

Baş nazir bildirib ki, Qarabağı Ermənistanla birləşdirən yeganə yol bağlandığı üçün ərzaq qıtlığı yaranıb:

O Azərbaycanı Laçın dəhlizini bağlamaqda ittiham edib.

Paşinyan bildirib ki, Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti, Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən, Laçın dəhlizinə nəzarət etmək öhdəliyi daşıyır, lakin de-fakto onları yerinə yetirmir.

Qeyd edək ki, dekabrın 12-də səhər saatlarından bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndində aksiya keçirir. Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək

Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent yolu bağlayaraq onlara imkan verməyib.

Sözügedən aksiya artıq 11 gündür ki, davam edir.

Aksiyaçılar ekoloji terrora son qoyulması, yataqlarda monitorinq keçirilməsi tələbləri ilə şüarlar səsləndiriblər.
Bundan başqa, etirazçılar bildiriblər ki, Rusiya sülhməramlılarının olduğu bütün postlarda xidmət Azərbaycanın aidiyyəti dövlət qurumları ilə birgə təşkil edilməlidir.

Şüarlarda Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələbi də səsləndirilib. Etirazçılar tələbləri yerinə yetirilməyənə qədər aksiyanı davam etdirəcəklərini bildirirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
509 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...