Bu gün Şuşa, Kəlbəcər və Laçına qar yağacaq

Bu gün Şuşa, Kəlbəcər və Laçına qar yağacaq

Şuşa, Kəlbəcər və Laçında hava şəraitinin yağmursuz keçəcəyi, arabir duman olacağı, 16-sı axşamdan 17-si gecəyədək qar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən GUNDEMİNFO.AZ -a erilən məlumata görə, havanın temperaturu gecə 3-6° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaq.

Dekabrın 16-da dəyişkən buludlu, əsasən yağmursuz, lakin gecəyə doğru az yağıntılı olacağı, zəif qar yağacağı gözlənilir. Arabir duman, qərb küləyi 2-6 m/s olacaq. Havanın temperaturu gündüz 1° şaxtadan 3°-dək isti, axşam 2-4° şaxta olacaq.

Dekabrın 16-dan 17-nə keçən gecə az qar yağacağı, səhərə doğru kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman, qərb küləyi 3-8 m/s olacaq. Havanın temperaturu gecə 3-6° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaq.

Dekabrın 18-də hava əsasən yağmursuz, arabir duman, şərq küləyi 2-6 m/s olacaq. Havanın temperaturu gecə 3-6° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
367 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...