Gədəbəydə 17 yaşlı qız 50 yaşlı kişi ilə evləndirilir? – Açıqlama

Gədəbəydə 17 yaşlı qız 50 yaşlı kişi ilə evləndirilir? –

Gədəbəydə 17 yaşlı qızın 50 yaşlı kişi ilə evləndirildiyi iddia olunub. Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Bildirilib ki, 17 yaşlı qızla evlənən şəxs 50 yaşlı Elfaq Şəkərbəylidir. Görüntülərdə onlar üçün mərasim təşkil olunması əksini tapıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Yeniavaz.com-a bildirib ki, faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində müvafiq araşdırma aparılıb:

“Araşdırma zamanı məlum olub ki, qızın 17 yaşı tamam olub. Onların nikaha daxil olması ilə bağlı hər hansı bir məlumat öz təsdiqini tapmayıb. Hazırda Polis Şöbəsində araşdırmalar davam etdirilir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
404 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...