Almaniya vətəndaşlıq alma qaydalarını sadələşdirir
Almaniya vətəndaşlığı almaq üçün ölkənin qoyduğu tələblər yumşaldılır.
Məlumdur ki, Almaniya Daxili İşlər Nazirliyi valideynlərindən heç olmasa biri Almaniyada qanuni olaraq azı beş il yaşayan, burada doğulan uşaqlara avtomatik olaraq vətəndaşlıq verilməsi, naturalizasiya yolu ilə vətəndaşlıq almaq üçün minimum müddəti səkkiz ildən beş ilə endirmək, başqa ölkənin vətəndaşlığından çıxmaq üçün mövcud tələbi ləğv etmək planlarını açıqlayıb.
Eyni zamanda yaşlı insanlar üçün dilbilmə tələbi azaldılır. Yaşı 67-dən yuxarı olan əcnəbilər üçün Almaniyanın tarixi və siyasi quruluşu ilə bağlı hələ də məcburi olan imtahan ləğv ediləcək.
Almaniya Kansleri Olaf Şolts dəyişikliyi alqışlayıb. O qeyd edib ki, naturalizasiya daha yaxşı qaydalara ehtiyac duyur.
Onun sözlərinə görə, Almaniyanın yenidən qurulmasında və möhkəmlənməsində mühacirlərin oynadığı ayrılmaz rolu görməmək çətindir.
Vətəndaşlıq alma qaydalarının sadələşdirilməsi koalisiyanın 2021-ci ilin dekabrında hakimiyyətə gələrkən həyata keçirəcəyini vəd etdiyi islahatlardan biridir.
Mənbə: DW
591 dəfə oxundu