“Nar” 50-dən çox yeni baza stansiyası quraşdıraraq şəbəkəsini genişləndirib
Bütün ölkə ərazisində şəbəkəsini genişləndirməklə, əhalini yüksəkkeyfiyyətli və sürətli internetlə təmin etməyi hədəfləyən “Nar” 2021-ci ilin altı ayı ərzində 50-də artıq yeni baza stansiyası quraşdırıb. Ölkədə LTE/LTE-A texnologiyalı baza stansiyalarının sayının artması nəticəsində “Nar”ın 4G istifadəçilərinin sayı 28% yüksəlib. Bundan başqa, LTE texnologiyası ilə ötürülən data trafikinin həcmi 23% çoxalıb.
“Nar” bu il işğaldan azad edilmiş bölgələri də öz şəbəkəsi ilə təmin etməyə başlayıb. Artıq Şuşa şəhəri, Hadrut yolu da daxil olmaqla Xocavənd və Cəbrayıl rayonlarında 2G, 3G və 4G texnologiyalı baza stansiyaları işə salınıb. Qeyd edək ki, “Nar” 8780-dən artıq baza stansiyası ilə ölkə əhalisinin 99,9%-ni, ölkə ərazini 90%-ni şəbəkə ilə əhatə edib.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.
864 dəfə oxundu