Azərbaycan millisinin 17 idmançısı Olimpiada ilə vidalaşıb - Tokio-2020

Azərbaycan millisinin 17 idmançısı Olimpiada ilə vidalaşıb -

Azərbaycan millisinin daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni başa vurub.

Apasport.az saytının məlumatına görə, cüdoçu Murad Fətiyev 1/8 finalda məğlub olub.

O, yarışın 6-cı günündə tatamiyə çıxıb də Yaponiya paytaxtı ilə mükafatsız vidalaşıb. Bununla da Olimpiadada çıxışı yekunlaşan təmsilçilərimizin sayı 17-yə çatıb.

Bu gün mübarizəyə qoşulan digər idmançımız isə badmintonçu Edi Reski Dviçahyodur. O, qrup mərhələsində çıxışını sabah da davam etdirəcək.

17 üzvü Olimpiya Oyunları ilə vidalaşan yığmamızın 4 təmsilçisi mübarizəni davam etdirirsə, digər 23 idmançı start vaxtını gözləyir.

Qeyd edək ki, yığmamız Olimpiadaya 44 idmançı ilə qatılıb.

1. Kəramət Hüseynov (cüdo, 60 kq) – 1/8 finalda uduzub
2. Aişə Qurbanlı (cüdo, 48 kq) - 1/16 finalda uduzub
3. Elçin Əsədov (velosiped idmanı, şosse velosipedi) – finişə çata bilməyib
4. Maksim Şemberev (üzgüçülük, 400 m qarışıq) – 26-cı yer
5. Məryəm Şeyxəlizadəxangah (üzgüçülük, 100 m batterflyay) – 30-cu yer
6. Tayfur Əliyev (boks, 57 kq) – 1/16 finalda uduzub
7. Lorenzo Sotomayor (boks, 69 kq) - 1/16 finalda uduzub
8. İvan Tixonov (idman gimnastikası, kişilər çoxnövçülük) – 45-ci yer
9. Marina Nekrasova (idman gimnastikası, qadınlar çoxnövçülük) – 70-ci yer
10. Orxan Səfərov (cüdo, 66 kq) – 1/16 finalda uduzub
11. Emin Cəfərov (stend atıcılığı, skit) –26-cı yer
12. Anna Başta (qılıncoynatma, sablya) – 1/8 finalda uduzub
13. Fəridə Əzizova (taekvondo, 67 kq) – 1/8 finalda uduzub
14. Milad Beiqi Harçeqani (taekvondo, 80 kq) – 1/4 finalda uduzub
15. Rostislav Pevtsov (triatlon) – 41-ci yer
16. Rüstəm Orucov (cüdo, 73 kq) – 5-ci yer
17. Ruslan Lunyov (güllə atıcılığı) - 10 m məsafədən 574 xalla 20-ci yer; 25 m məsafəyə kiçikçaplı tapançadan atəşaçma
18. Məhəmməd Abdullayev (boks, +91 kq) – 1/8 finala yüksəlib
19. Cavid Çələbiyev (boks, 63 kq) - 1/8 finala yüksəlib
20. Murad Fətiyev (cüdo, 81 kq) – 1/8 finalda uduzdu
21. Edi Reski Dviçahyo (badminton) – qrup mərhələsində mübarizə aparır
22. Məmmədəli Mehdiyev (cüdo, 90 kq)
23. Zelim Kotsoyev (cüdo, 100 kq)
24. Uşanqi Kokauri (cüdo, +100 kq)
25. İrina Kindzerskaya (cüdo, +78 kq)
26. Anna Skidan (atletika, çəkicatma)
27. Nazim Babayev (atletika, üç təkanla tullanma)
28. Yelizaveta Luzan, Darya Sorokina, Nərminə Səmədova, Ləman Əlimuradova, Zeynəb Hümmətova (bədii gimnastika, qrup çoxnövçülük)
29. Zöhrə Ağamirova (bədii gimnastika, çoxnövçülük)
30. Alfonso Dominqes (boks, 81 kq)
31. Turan Bayramov (sərbəst güləş, 74 kq)
32. İslam Abbasov (yunan-Roma güləşi, 87 kq)
33. Elis Manolova (qadın güləşi, 68 kq)
34. Rafiq Hüseynov (yunan-Roma güləşi, 77 kq)
35. Hacı Əliyev (sərbəst güləş, 65 kq)
36. Mariya Stadnik (qadın güləşi, 50 kq)
37. Şərif Şərifov (sərbəst güləş, 97 kq)
38. Firdovsi Fərzəliyev (karate, 67 kq)
39. Rafael Ağayev (karate, 75 kq)
40. İrina Zaretska (karate, +61 kq)




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1011 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...