LGBT-nin Qərb yuvası: - Postsovet ölkələri üçün hansı planlar hazırlanır?

ABŞ-ın dünya hegemoniyasını əlində saxlamaq üçün yeni metodu olan “mədəniyyət” təbliğatı son illərdə özünü daha ciddi formada büruzə verir. Xüsusilə də, keçmiş sosialist ölkələri blokunun nümayəndələri arasında Ağ Evin təbliğat maşının hədəfinə tuş gələn ölkələr üstünlük təşkil etməkdədir. Rusiyanın sözügedən ölkələrdəki nüfuzundan narahat olan rəsmi Vaşinqton sözügedən üsula baş vuraraq, xaos yaratmağı və əlverişli vəziyyət yaranan kimi hakimiyyəti ələ keçirmək planları qurur.

ABŞ-ın “mədəni” təbliğatının əsas ünsürü isə məhz cinsi azlıqlar məsələsinin qabardılmasıdır. Təsadüfi deyil ki, Qərbin ağalığının əsas sponsorlarından olan Corc Soros LGBT hərəkatlarının əsas etirazçı qüvvəyə çevrildiyi bir sıra ölkələrdə hakimiyyətə istədiyi adamları gətirməyə də nail olub.

Serbiya

Rəsmi Belqradda 2017-ci ildə hakimiyyətə məhz LGBT nümayəndəsi olan Ana Brnabıç gəlib. Hədəf kimi Serbiyanın seçilməsi isə, heç də təsadüfi qarşılanmamalıdır. Belə ki, rəsmi Belqrad Balkan yarımadasında Rusiyanın əsas müttəfiqidir. 90-cı illərin sonunda baş vermiş NATO-Serbiya qarşıdurmasını da önəmli səbəb kimi qeyd etmək olar. Həmçinin regionun ən güclü dövlətlərindən biri olması Serbiyanı LGBT hərəkatının cənginə düşürən əsas məqam olub.

Qərbdən böyük yardım alan lezbiyan baş nazirin Serbiyada dəstək qazanmasının əsas səbəbi isə, Branbıçın ölkəsinin Avropa İttifaqına üzv olmaqda mühüm faktor olacağına inamının böyük olması idi. Bu isə ABŞ-ın daha mülayim şirnikləndirmə taktikasında istifadə etdiyinin göstəricisidir.

Lakin qeyd edilməsi vacib olan əsas məqam Brnabıçın hakimiyyətə gəldikdən sonra vəd verdiyi LGBT hüquqlarının qorunması ilə bağlı verdiyi vədlərə uyğun adddımlar atmamasıdır.

Sözügedən vəziyyət isə baş nazirə qarşı məhz cinsi azlıqların nümayəndələrinin çıxışlar etməsinə səbəb olub. Sözügedən fakt isə LGBT təbliğatının sadəcə hakimiyyətə gəlmək üçün istifadə olunan variant kimi ortaya atıldığının əyani sübutudur.

LGBT dalğasının sahillərinə çatdığı digər ölkə isə məhz Macarıstandır.

Keçmiş sosialist ölkəsinin hədəf kimi seçilməsinin isə Serbiya ilə ortaq səbəbləri heç də az deyil. Lakin ən önəmli səbəblərdən biri də son dövrlərdə türk dünyası ilə inkişaf edən münasibətləridir. Hunlardan gələn qədim bağlılıqlarına meyl göstərən macarlar arasında türkçülük ideyaları da geniş yayılmaqdadır. Təsadüfi deyil ki, Macarıstan 2018-ci ildə Türk birliyinə müşahidəçi üzv kimi qatılıb. Görünür, ölkənin tarixi köklərinə və mentalitetinə bağlılığı Qərbi xeyli narahat edib. Bu səbəbdən də, Qərb Macarıstanda öz təbliğat maşınını işə salıb.

Rəsmi Budapeştə qarşı isə “Avro-2020” futbol çempionatı əsas təsir “rıçak”ı kimi seçilib. Uşaqlar arasında LGBT təbliğatını qadağan edən qanun layihəsinin qəbul olunmasına cavab olaraq, Avropa Birliyi Macarıstana qarşı sanksiya və təzyiqlərdən əlavə, eyni zamanda yuxarda bəhs etdiyimiz “mədəni” təbliğatını da hərəkətə keçirməyi yaddan çıxarmayıb.
LGBT-nin Qərb yuvası: -

Ötən ay qatı-mühafizəkar əhalini yaşadığı regionlarda LGBT aksiyalarının keçirilməsini qadağan edən Polşa da Qərbin ciddi təzyiqi ilə üzləşib.

ABŞ-ın timsalında Sorosun uzun illər Cənubi Qafqazda nüfuzunu gücləndirmək üçün əsas investisiya hədəfinə çevirdiyi Gürcüstan da son həftələrdə cinsi azlıqların böyük fəallıq göstərdiyi ölkələrdəndir. Təbii ki, hazıki hökumətin Rusiya ilə yaxınlığı Qərbi bu cür addımlar atmağa vadar edir. Uzun illərdir apardığı təbliğatın nəticələrinin yavaş-yavaş meydana çıxdığı qonşu ölkədə mühafizəkarlığın əlinin güclü olmasına baxmayaraq, Serbiya ilə oxşar hadisələrin baş verməsi də istisna edilməməlidir.

Sadalanan ölkələrlə yanaşı ara-sıra Azərbaycanda da LGBT sədaları gəlir. Lakin sözügedən təbliğatın ölkəmizdə uğurlu nəticə qazanması mümkünsüzdür.

Çünki Soros nə Ermənistanda olduğu kimi pulla, nədə Serbiyada olduğu kimi müəyyən vədlərlə Azərbaycana sözügedən məsələdə təsir göstərmək iqtidarında deyil, yekun sözü xalq özü deyir. Amma milli-mənəvi deqredatsiya baş verir... Ailə institutları dağılır... Cəmiyyətdə özünü qoruma instikti zəifləyir, dəyərlər ölür...

Sadəcə, bir hərəkat başladılıb, adı da insanın ən gözəl, ən sevimli istəyi, AZADLIQ-dır...

Bizim.Media



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1284 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...