Ayrılan vəsaiti təyinatı üzrə xərcləməyən mətbu orqanları nə gözləyir? - AÇIQLAMA

Ayrılan vəsaiti təyinatı üzrə xərcləməyən mətbu orqanları nə gözləyir? -

Qəzet və saytlara ayrılan maliyyə vəsaitinin təyinatı üzrə xərclənməsinə tərəfimizdən nəzarət olunacaq. Oxu.Az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov mətbuat konfransında deyib.

O bildirib ki, 6 ay ərzində maliyyənin xərclənməsinə nəzarət üçün monitorinqlər həyata keçiriləcək. Ə.İsmayılov qeyd edib ki, maliyyə redaksiyaların, jurnalistlərin vəziyyətinin yaxşılaşdırılması üçün ayrılır.

“Monitorinqlər nəticəsində redaksiyaların maliyyə vəsaitini təyinatı üzrə xərcləmədiyi aşkarlanarsa, o zaman həmin mətbu orqana maliyyə dəstəyi dayandırılacaq”, - deyə Ə.İsmayılov əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1595 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...