Qəhrəman polis: "O an iki uşağım gözümün qabağına gəldi" - VİDEO

Qəhrəman polis: "O an iki uşağım gözümün qabağına gəldi" -

Bu gün Azərbaycanda Polis Günüdür və Polisinin yaranmasından 103 il ötür.

2015-ci ildə Binəqədi rayonunda baş verən dəhşətli yanğınını hər kəs xatırlarır. Həmin günün qəhrəmanlarından biri Elvin Abışov olub. Alovlar içərisində qalan 6 aylıq körpəni xilas edən Elvini bir foto ilə həmin gün nəinki Azərbaycan, bütün dünya tanıdı.

“Report” 2 iyul - Polis Günü ərəfəsində Elvin Abışovla həmsöhbət olub.

Qəhrəman polis həmin günü belə xatırlayır:

“Yanğın zamanı bir valideyn mənə yaxınlaşaraq, 6 aylıq körpəsinin yanğınlar içərisində qaldığını, ona içəri keçməsi üçün şərait yaratmağımı istədi. Həmin an onun içəriyə keçməsinə icazə verə bilməzdim. Körpənin valideyninə övladını xilas etmək üçün nə lazımdırsa edəcəyimə söz verdim və içəri daxil oldum. O anda öz övladlarımı xatırladım. Məni başqa heç nə düşündürmürdü. O uşağı xilas etməli idim. 8-ci mərtəbəyə çatanda özümü yaxşı hiss etməsəm də Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları ilə birgə həmin uşağı xilas edə bildik”.

6 il keçməsinə baxmayaraq həmin anları olduğu kim xatırlayan Elvin Abışov polsi olduğu üçün qürur duyur. Vətənin və xaqın yolundan hər zamandan canından keçməyə hazır olduğunu bildirir.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 mayda imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edilib.

Qəhrəman polislə bağlı süjeti təqdim edirik.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
682 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...