Delta ştammı təhlükəsinə görə Azərbaycan vaksinin 3-cü dozası ilə bağlı qərar verməlidir - TƏKLİF

Delta ştammı təhlükəsinə görə Azərbaycan vaksinin 3-cü dozası ilə bağlı qərar verməlidir -

“Koronavirusun sürətlə yayılmaqda davam edən Delta ştammı ilə bağlı təhlükə hər gün artır. Artıq dünyanın bir çox ölkələrini cənginə alan yeni ştammın qarşısının alınması üçün elm adamları hərəkətə keçib. Amma faktiki və real müşahidələr onu deməyə əsas verir ki, yeni mutasiya koronavirua qarşı tam peyvəndlənənləri də yoluxdura bilir”.

Bu fikirləri “Report”a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

O bildirib ki, məhz buna görə də Azərbaycan hökuməti yeni tədbirlərə başlamalıdır. Azərbaycanlı alim bu istiqamətdə öz təkliflərini də irəli sürüb.
Delta ştammı təhlükəsinə görə Azərbaycan vaksinin 3-cü dozası ilə bağlı qərar verməlidir -


“İsraildə əhalinin 60 faizinin ən effektli vaksinlərdən biri ilə (Biontech) peyvəndlənməsinə baxmayaraq, delta ştammı təhlükəsi böyüyür və yeni yoluxmalar da məhz bununla əlaqələndirilir. Hətta rəsmi məlumata görə, burada yeni yoluxanların 40-50 faizi tam vaksinasiyadan keçənlər olub. Bundan əlavə, İndoneziyada Sinovac vaksini ilə peyvəndlənənlərin yenidən virusa yoluxduqları qeydə alınıb. Bu yoluxma hadisəsi ölkənin delta ştammının yayıldığı regionunda baş verib. Bütün bunlar isə onu deməyə əsas verir ki, hazırda istifadədə olan vaksinlər yeni ştamma qarşı gözlənilən qədər təsirli deyil. Təbii ki, bununla bağlı hələlik tam elmi tədqiqatlar olmasa da, ilkin variantda elmi araşdırmalar yekunlaşıb.

Bir sözlə, bu gün hər iki doza vaksinlə peyvəndlənən şəxslərin yeni ştamma yoluxma riski gündən-günə artır, hətta peyvəndlənməsindən 6 ay zaman keçən şəxslər də. Ona görə də düşünürəm ki, Azərbaycanda da qabaqlayıcı və profilaktik tədbirlərə başlanılmalı və ciddi addımlar atılmalıdır. Yeni ştammın bu qədər təhlükəli olması peyvəndin 3-cü dozası ilə bağlı qərar verilməsini və yeni dozanın alınmasını sürətləndirməlidir. 3-cü peyvənd dozasının hansı vaksinə aid olacağı müəyyənləşdirilməlidir. Təbii ki, burada da yüksək effektivli peyvənddən söhbət getməlidir”, - tibb elmləri doktoru bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
970 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...