"Reket jurnalistlər” də Azərbaycan vətəndaşlarıdır” - Əflatun Amaşov

"Reket jurnalistlər” də Azərbaycan vətəndaşlarıdır” -

Bu fikirləri Mətbuat Şurasının sədri Əflatun Amaşov Lent.az-ın “Məndən soruş” layihəsində açıqlayıb.

O qeyd edib ki, “reket jurnalistika” ilə mübarizə öz müsbət təsirini göstərdi:

“Həyat çoxsahəlidir. “Reket jurnalistlər” də Azərbaycan vətəndaşlarıdır və Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsidir. Əgər cəmiyyətdə başqa neqativlər olmasa, əminəm ki, “reket jurnalistikası” da olmaz. Məsələn, əgər kimsə öz yerində düzgün işləyirsə, vergisini vaxtlı-vaxtında ödəyirsə, heç kimdən rüşvət almırsa, verilən tapşırıqları yerinə yetirirsə, onda onun əlavə yoxlamalara, sorğu-suala nə ehtiyacı var?

Əminəm ki, cəmiyyətdə bu sahədə böyük irəliləyişlər əldə olunub. Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da o sayaq jurnalistika uzun müddət qalacaq. Nə qədər mətbuat var “reket jurnalistikası” da ümumi jurnalistikanın tərkib hissəsi kimi fəaliyyət göstərəcək”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
848 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...