ETSN xəbərdarlıq etdi: İyul və avqust aylarında güclü istilər olacaq

ETSN xəbərdarlıq etdi:

İlin ilk isti dalğasını yaşadıq. Lakin daha isti iyul və avqust ayları bizi gözləyir.

Gundeminfo.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, bu gündən şimal küləyi isti cənub küləyini əvəz edib:

“Havanın temperaturu dünənə nisbətən tədricən 2-3 dərəcə aşağı enir. Sabah daha küləkli hava şəraiti müşahidə olunacaq və havanın temperaturu nəhayət öz iqlim normasına yaxınlaşaraq, 34 dərəcədən yüksək olmayacaq. Lakin bilməliyik ki, həm iyulda, həm də ilin ən isti ayı olan avqustda belə isti dövrlər proqnozlaşdırılır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
916 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...