DİM nazirliyi yenidən ittiham etdi - abituriyentlər məktəb proqramının 27-58 %-ni mənimsəyirlər
Ali təhsil müəssisələrinə imtahan verən abituriyentlərin Azərbaycan və rus bölmələri üzrə ayrılıqda ortastatistik portreti müəyyənləşdirilib.
Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, Azərbaycan bölməsində ortastatistik abituriyent I mərhələdə ana dili fənnindən test tapşırıqlarının 52,11, riyaziyyatdan 29,77, ingilis dilindən 37,51%-nə, II mərhələdə ana dilindən 58,12, ədəbiyyatdan 49,82, riyaziyyatdan 32,29, fizikadan 27,41, kimyadan 32,85, biologiyadan 54,07, tarixdən 40,25, coğrafiyadan 34,78%-inə düzgün cavab verib.
Rus bölməsində ortastatistik abituriyent isə I mərhələdə ana dili fənnindən test tapşırıqlarının 57,09, riyaziyyatdan 31,84, ingilis dilindən 51,03%-nə, II mərhələdə ana dilindən 53,14, ədəbiyyatdan 47,05, riyaziyyatdan 33,52, fizikadan 27,72, kimyadan 33,14, biologiyadan 47,92, tarixdən 31,15, coğrafiyadan 30,71%-inə düzgün cavablandırıb.
"Abituriyentlərin cavab göstəricilərindən aydın olur ki, hər iki bölmədə ortastatistik abituriyent fənlər üzrə testlərin yalnız 27-58 faizinə düzgün cavab verib. Test tapşırıqlarının məktəb proqramı çərçivəsində hazırlandığını və bu çərçivədən kənara çıxmadığını, qəbul imtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, ortastatistik məzun məktəb proqramının 42-73%-ni mənimsəmir. Bu isə ümumi təhsil müəssisələrimizin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir. Odur ki, bu sahədə həyata keçirilməsi vacib olan digər tədbirlərlə yanaşı, müəllimlərin müasir elmi əsaslarla ixtisasının artırılması, ali təhsil müəssisələrində pedaqoji kadrların hazırlanması səviyyəsinin yüksəldilməsi və gələcək müəllimlərə lazımi pedaqoji-metodiki bilik və bacarıqların aşılanması məsələləri diqqət mərkəzində olmalıdır", - mərkəzdən bildirilib.
975 dəfə oxundu