Ali Məhkəmə ittihamlara cavab verib
Azərbaycan Ali Məhkəməsi Aparatının rəhbəri Elvin Hətəmzadə son
günlər bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası Ali Məhkəməsinin qanunvericilik təşəbbüsü hüququnun olduğu halda bundan istifadə etməməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.
E.Hətəmzadə "Report"a bildirib ki, Ali Məhkəmə Azərbaycan Respublikasının qanunvericiliyinin formalaşdırılmasında Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinə uyğun olaraq qanunvericilik təşəbbüsü hüququndan istifadə etməklə və ya hüquqi aktların hazırlanması prosesində rəy və təkliflər bildirməklə birbaşa çıxış edir:
"Belə ki, Ali Məhkəmə bir sıra qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə müvafiq layihələri hazırlayıb Milli Məclisə təqdim edib və bu layihələr qanunvericilik orqan tərəfindən qəbul edilib.
Həmçinin qeyd etmək lazımdır ki, Ali Məhkəmə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının icrası prosesində hüquqi aktların layihələrinin hazırlanması zamanı rəy və təkliflər bildirməklə fəal iştirak edib. Belə ki, son iki il ərzində dövlət orqanlarından Ali Məhkəməyə ünvanlanmış 300-dən çox hüquqi akt layihəsinə Ali Məhkəmə tərəfindən rəy və təkliflər hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim edilib.
Bundan əlavə, məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə qanunvericilikdə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini formalaşdırmaq vəzifəsinin icra olunması mexanizmləri təsbit edilir. Bu baxımdan, Ali Məhkəmənin qəbul etdiyi qərarlar qanunların vahid formada tətbiqində və qanunvericiliyin inkişafında mühüm rol oynayır".
798 dəfə oxundu