AzTV-nin sədri beynəlxalq jurnalist təşkilatlarına çağırış edib
"Bir neçə aydır ki, Azərbaycan Telelviziyasının və AZƏRTAC-ın əməkdaşları işğaldan azad olunmuş ərazilərdə foto və video faktları toplamaq istiqamətində çalışırdılar. Məqsəd, əlbəttə ki, erməni vandalizmini, erməni barbarlığını bütün dünyaya olduğu kimi təqdim etmək idi. Növbəti ünvan da Kəlbəcərin Susuzluq kəndi idi. Təəsüflər olsun ki, avtobus yolda tank əlehinə minaya düşüb və üç həmvətənimiz həlak olub".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov deyib.
"Həlak olan şəxslər Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov, AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevdir. Digər 4 nəfər isə ağır yaralanıb. Onların arasında AzTV-nin və AZƏRTAC-ın nümayəndələri var. Hər bir hadisənin ortaya qoyduğu real mənzərə var. Bu hadisə erməni vəhşiliyini və erməni barbarlığını ortaya qoyur. Bu hadisə təkcə jurnalistlərə qarşı törədilmiş terror aktı deyil, bu əliyalın dinc insanlara qarş törədilmiş növbəti terror aktıdır. Bu, dünya jurnalistikasına, dnüya informasiya məkanına və söz azadlığına qarşı yönəlmiş növbəti terror aktı və vandalizmdir. Mən yalnız AzTV-nin sədri kimi deyil, jurnalist kimi dünyada jurnalistlərin hüquqlarını müdafiə edən təşkilatlardan tələb edirəm ki, susmasınlar. Onlar haqq səsini çatdırmalıdırlar, erməni vandallığının iç üzünü ifşa etməlidir", - sədr əlavə edib.
1534 dəfə oxundu