Qərbin əsas siyasi mərkəzinin Azərbaycanda hədəfləri nədir? – TƏHLİL
Avropa İttifaqı Qarabağ münaqişəsi dövründə problemin sülh yolu ilə ədalətli həllinə töhfə vermədiyi üçün nüfuzuna xələl gətirdi, hərçənd ki, indi Qərbin əsas siyasi mərkəzi itirilmiş reputasiyasını bərpa etməyə çalışır.
Postmüharibə zamanı üçün bütün mübahisələrə son qoyan yekun sülh sazişi ən vacib prioritetdir, lakin bu proses ağrısız keçmir. Rəngləri tündləşdirən isə yenə Ermənistandır ki, bu da Qərbin özünə də sərf etmir.
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını elan etməli, sərhədlərin müəyyənləşməsi periodunda konstruktiv mövqe ortaya qoymalı, 10 noyabr bəyanatının bütün bəndlərini qeyd-şərtsiz yerinə yetirməlidir.
Yalnız bundan sonra sülh sazişinin imzalanması baş tuta bilər, Bakı isə rəsmi şəkildə sülh sazişinə hazır olduğunu bəyan edib.
İndi Avropa İttifaqı da regionda uzunmüddətli sabitlik və təhlükəsizliyin təmin olunması üçün sülh sazişinin vacibliyini dərk edir və Bakı ilə İrəvan arasında vasitəçi olmağı hədəfləyir.
Avropa İttifaqının regiona marağının artmasının perspektiv hədəfləri eyni zamanda regionda güc mərkəzlərinin balansını yaratmağa hesablanıb.
Avropa İttifaqının müharibədən sonrakı dövrdə bölgədə aktiv iştirakı müttəfiqi ABŞ-ın da maraqlarına cavab verir. Burada iki hədəf var:
Birincisi, Avropa İttifaqının fəaliyyətinin aktiv fazaya keçməsi ona əlavə iqtisadi dividentlər gətirəcək. İndi Avropa İttifaqı regionda yeni nəqliyyat dəhlizlərinin açılmasından maksimum iqtisadi fayda götürməyi hədəfləyir.
Nəzərə almaq lazımdır ki, Asiya ilə Avropa arasındakı ticarət mübadiləsini təmin edən kompleks nəqliyyat sistemində Azərbaycan böyük əhəmiyyətə malikdir.
Zəngəzur dəhlizi isə orta dəhliz statusunda alternativ marşrutları təqdim edir, bu isə Avropaya da, Çinə də sərf edir.
İkincisi, Avropa İttifaqı Rusiyanın təsir dairəsinin daraldılmasına cəhdlər edir və bu məsələdə sözsüz ki, Vaşinqtondan aldığı təlimatları da əlində rəhbər tutur.
Ancaq Avropa İttifaqı strateji baxışının təməlini “topdağıtmaz” etmək istəyirsə, praktiki addımlarını adekvat dayaqlar üzərində reallaşdırmalıdır.
Bunun üçün Avropa İttifaqı Cənubi Qafqaza dair strateji çərçivəsini prioritet bir sahəyə çevirməli və bölgəyə uzunmüddətli öhdəliyi izah edən yeni bir sənədin – sülh sazişinin qəbul edilməsinə təkan verməlidir.
Avropa İttifaqı bunun üçün çalışır, elə iyunun 2-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyevə zəngi də həmin məqsədlərin ifadə edilməsi idi.
O, İlham Əliyevlə müzakirələr zamanı Avropa İttifaqının Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyasına, eləcə də iki ölkə arasında etimad quruculuğu tədbirlərinin başlanmasına dəstək verməyə hazır olduğunu bildirib.
Telefon söhbətinin məzmunundan anlamaq çətin deyil ki, Avropa İttifaqı münaqişə sonrası bölgədə idarəçilik imkanlarını genişləndirməyi istəyir. Yeni yaranan iqtisadi fürsətlər isə qarşılıqlı maraqlarını təmin edən sahədir. Avropa İttifaqı işğaldan azad edilmiş ərazilərə investisiyalar yatıra bilər.
Avropa İttifaqı öz imkanlarını Azərbaycanla imzaladığı “Tərəfdaşlıq prioriteti” sənədi üzərindən də nəzərdən keçirir.
Sazişin 90 faizi razılaşdırılıb və yaxın zamanlarda danışıqların bərpa ediləcəyi gözlənilir.
Hələ münaqişə dövründə Azərbaycan sənədə öz ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərinin toxunulmazlığına hörmət prinsipini əks etdirən müddəa saldıra bilmişdi.
Sənədin postmüharibə dövründə qəbul ediləcəyi təqdirdə, Azərbaycanın Qərb təsisatlarının önündə diplomatik-siyasi manevrlərini və statusunu güclənəcək.
Nəticəyə gəlincə:
1. Ortaq iqtisadi maraqlar, o cümlədən enerji təhlükəsizliyi sahəsi Avropa İttifaqının postmüharibə dövrü üçün aktiv iştirakını şərtləndirir,
2. Avropa İttifaqı regionda aktiv iştirakçı olmağı hədəfləyib.
1135 dəfə oxundu